Xəbərlər
Qızıl medal
16/03/2026, 23:26

Göyçay şəhər 5 nömrəli texniki və təbiət fənləri təmayüllü liseyin X sinif şagirdi Mikayılov Nadir Elvin oğlu Yunanıstanda keçirilən beynəlxalq turnirdə Uşu–sanda idman növü üzrə uğurla çıxış edərək I yerə layiq görülmüş və qızıl medal qazanmışdır.
Bu uğur gənclərimizin idmana olan marağının, əzmkarlığının və məqsədyönlü hazırlığının parlaq nümunəsidir.
Şagirdimizi bu böyük nailiyyət münasibətilə ürəkdən təbrik edir, gələcək yarışlarda da yeni-yeni qələbələr və uğurlar arzulayırıq. Eyni zamanda, onun hazırlanmasında əməyi olan müəllim və məşqçilərə göstərdikləri zəhmətə və dəstəyə görə təşəkkürümüzü bildiririk



