Xəbərlər
Ağcabədi Rayon Komitəsinin üzv təşkilatı olan körpələr-evi uşaq bağçalarında “Qızıl payız" fəslininin yola salınması ilə əlaqədar tədbirlər keçirilib

Qızıl payız tədbirləri
ETİHİ Ağcabədi Rayon Komitəsinin üzv təşkilatı olan körpələr-evi uşaq bağçalarında “Qızıl payız" fəslininin yola salınması ilə əlaqədar tədbirlər keçirilib.
Şəhər 1 nömrəli körpələr-evi uşaq bağçasının həmkarlar təşkilatının sədri-Həsənova İlahə Kamal qızı və qrup rəhbəri Şerifova Şəhla Ümid qızının,
Şəhər 4 nömrəli körpələr-evi uşaq bağçasının həmkarlar təşkilatının sədri Süleymanova Təhminə Elçin qızı və qrup rəhbəri Mehralıyeva Şəlalə Mirələm qızının
6 nömrəli körpələr-evi uşaq bağçasının həmkarlar təşkilatının sədri-Quliyeva Bəturə Cəlal qızının
Aran 1 nömrəli körpələr evi uşaq bağçasının həmkarlar təşkilatının sədri-Muradova Pərvanə Əliş qızı və qrup rəhbəri Şükürova Bahar Loğman qızının
8 nömrəli körpələr-evi uşaq bağçasının həmkarlar təşkilatının sədri - İsmayılova Vüsalə Bakir qızı və qrup rəhbəri Əliyeva Məhsəti müəllimin təşkilatçılığı ilə,tədbirlərdə payıza həsr edilən şeirlər, mahnılar, səhnəciklər, kiçik kompozisiyalar, rəqs nömrələri, meyvə və tərəvəz kompozisiyaları təqdim edilmişdir.
Bu kimi tədbirlərin keçilməsi kiçik yaşlı uşaqlarda payız fəslininin özəlliklərini sevdirmək, təbiətə qayğını artırmaq, əyləncə və birlik atmosferi yaratmaqdır.















