Xəbərlər
Qızların bədən tərbiyəsinə və idmana marağını artırmaq, sağlam həyat tərzini təbliğ etmək barədə
14/05/2026, 17:25

Daşkəsən rayonu üzrə gənclər və idman sektoru, Daşkəsən rayonu üzrə təhsil sektoru və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Daşkəsən rayon Komitəsinin birgə təşkilatçılığı ilə mayın 14-də A. Mürsəlov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində şagirdlərlə maarifləndirici görüş keçirilib. Görüşün əsas məqsədi qızların bədən tərbiyəsinə və idmana marağını artırmaq, sağlam həyat tərzini təbliğ etmək və idmanın faydaları barədə məlumat vermək olub. Tədbirdə çıxış edənlər qızları idmana daha yaxın olmağa, sağlam həyat tərzi keçirməyə və fiziki aktivliyin sağlamlığın qorunmasında mühüm rolunun olmasını bildirdilər.













