Xəbərlər
“Qlobal təhsil trendləri və gənclərin pedaqoji karyera planlaması” mövzusunda tədbir

27 aprel tarixində Bakı Dövlət Universitetinin Qazax filialında təşkil olunan “Qlobal təhsil trendləri və gənclərin pedaqoji karyera planlaması” mövzusunda tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı ETİHİ Ağstafa Rayon Komitəsi olaraq iştirak etdik.
Tədbirdə təhsil sahəsində aktual məsələlər, qlobal trendlər, gənclərin pedaqoji karyera istiqamətində inkişaf imkanları geniş müzakirə olundu. Panel müzakirələr zamanı “Tələbə gənclər üçün universitet illərinin düzgün dəyərləndirilməsi və vaxtın idarə olunması” mövzusu ətrafında çıxış edərək öz təcrübə və fikirlərimizi iştirakçılarla bölüşdük.
Çıxışlarda gənclərin universitet illərindən səmərəli istifadə etməsinin vacibliyini, şəxsi inkişaf, düzgün prioritet seçimi və zamanın effektiv idarə olunmasının gələcək karyeraya təsiri xüsusi vurğuladı.
Tədbir interaktiv mühitdə keçmiş, iştirakçıların sualları cavablandırılmış və qarşılıqlı fikir mübadiləsi aparılmışdır.









