Xəbərlər
Qobustan kənd tam orta məktəbinin kollektivi Lənkərana səfəri

Qobustan kənd tam orta məktəbi kollektivi üçün Lənkəran istiqamətində ekskursiya təşkil olunub.
Səfər çərçivəsində iştirakçılar ölkəmizin cənub bölgəsinin zəngin təbiəti, yaşıllıqlarla əhatə olunmuş mənzərələri və tarixi məkanları ilə tanış olublar. Birlikdə keçirilən bu səmərəli istirahət proqramı kollektiv üzvlərinə gündəlik iş fəaliyyətindən kənarda xoş və yaddaqalan anlar yaşamaq imkanı yaradıb.
Səmimi mühitdə keçən ekskursiya həmkarlar arasında ünsiyyətin genişlənməsinə, qarşılıqlı əməkdaşlıq və dostluq münasibətlərinin daha da möhkəmlənməsinə şərait yaradıb.
İştirakçılar onlar üçün təşkil olunmuş bu səfərə görə ETİHİ Abşeron Rayon Komitəsinə təşəkkürlərini bildirərək, belə sosial layihələrin kollektivlərin birliyinə və motivasiyasına mühüm töhfə verdiyini qeyd ediblər.




