“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Qobustan rayon şəhidi, Vətən Müharibəsi Qəhrəmanı Vəliyev Elyar Arif oğlunun anım günü tədbiri keçirildi

21/10/2025, 09:47
xeber1

20.10.2025 – ci il tarixdə Qobustan rayon şəhidi, Vətən Müharibəsi Qəhrəmanı Vəliyev Elyar Arif oğlunun anım günü tədbiri keçirildi.


Tədbirdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, millət vəkili Şahin Seyidzadə, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisə rəhbərləri, şəhid ailələri və qazilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdi.

Tədbir iştirakçıları ilk öncə şəhidin məzarını ziyarət etdilər və məzarı önünə gül dəstələri qoyuldu. Daha sonra Qobustan şəhərində davam edən tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.


Tədbirdə Vəliyev Elyar Arif oğlunun xatirəsinə həsr olunmuş “Qəhrəmanlığın Elyar Zirvəsi” kitabının təqdimatı olundu.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: