“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Qobustan rayonunda "5 Oktyabr -Beynəlxalq Müəllimlər Günü" qeyd olundu

05/10/2025, 16:59
xeber1

"5 Oktyabr -Beynəlxalq Müəllimlər Günü" münasibəti ilə Qobustan rayonunun şəhər mərkəzindən uzaq məsafədə yerləşən ümumtəhsil məktəblərində çalışan 4 nəfər qabaqcıl müəllim Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşəbbüsü ilə ETİHİ Qobustan Rayon Komitəsi tərəfindən mükafat və hədiyyələrlə təltif edildi.


Mükafatlandırma müəllimlərin çalışdığı təhsil müəssisələrində dərs zamanı həyata keçirildi, tədbirlərdə ETİHİ Respublika Komitəsinin əməkdaşları Müslüm İsmayılov və Mirvüqar Seyidbəyli iştirak etdi.


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri cənab Sahib Məmmədov və Elm və Təhsil İşçiləri Həmkarlar ittifaqı Respublika Komitəsinin sədri cənab Araz Paşayevin təbrikləri müəllimlərə çatdırıldı. Müəllimlər göstərilən xüsusi diqqətə görə öz minnətdarlıqlarını bildirilər.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: