Xəbərlər
Qobustan rayonunda 8 Mart Beynəlxalq Qadınlar Günü qeyd edildi
8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə ETİHİ Qobustan Rayon Komitəsinin və Qobustan rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə bayram tədbiri keçirildi.
Tədbirdə Qobustan rayonu üzrə təhsil sektorunun əməkdaşları, şəhid anaları , uşaq bağçasının müdirləri və xanım məktəb direktorları iştirak etdi.
Tədbirdə çıxış edən Qobustan rayonu üzrə təhsil sektorunun müdiri Anar Osmanov və ETİHİ Qobustan Rayon Komitəsinin sədri Mahir Soltanov qadınların cəmiyyətdəki rolundan, onların ölkəmizin ictimai- siyasi, elm, təhsil və səhiyyə sahəsindəki fəaliyyətindən danışdılar.
Eyni zamanda qeyd olundu ki, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində, ərazi bütövlüyünün bərpa olunmasında qadınların xidmətləri əvəzsizdir. Xanım əməkdaşları 8 Mart Beynalxalq Qadınlar Günü münasibətilə təbrik etdilər. Onlara can sağlığı , xoşbəxtlik və işlərində uğurlar arzuladılar.
Tədbirdə çıxış edən şəhid anası Hacıyeva Humay və məktəb direktoru Yaqubova İlahə göstərilən diqqət və qayğıya görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqına öz minnətdarlıqlarını bildirdilər .



