Xəbərlər
Qobustan rayonunda ittifaq üzvünün 65 illik yubileyi qeyd edildi
21/04/2026, 17:20

Qobustan rayon Nabur kənd Əbülfət İbrahimov adına tam orta ümumtəhsil məktəbinin müəllimi Muradov Alim Məhəmməd oğlunun 65 illik yubileyi qeyd edildi.
Yubiley tədbirində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qobustan Rayon Komitəsinin əməkdaşları və məktəb kollektivi iştirak etdi.
Çıxış edənlər yubilyarı təbrik edərək ona gələcək hayatında və fəaliyyətində uğurlar arzu etdilər.
Daha sonra Muradov Alim Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qobustan Rayon Komitəsinin təşəkkürnaməsi ilə təltif olundu.
Yubilyar çıxışında ona göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını bildirdi.






