Xəbərlər
Qobustan rayonunda məktəb kollektivləri ilə görüş keçirildi

6 dekabr 2025-ci il tarixində Qobustan rayon Cəyirli kənd tam orta və Cəyirli kənd ümumi orta ümumtəhsil məktəblərində ETİHİ Qobustan rayon komitəsinin sədri M.Soltanovun məktəb kollektivləri ilə görüşü keçirildi.
M.Soltanov çıxış edərək ittifaq üzvlərinə ETİHİ Respublika Komitəsinin sədri Araz Paşayevin səmimi salamlarını çatdırdı və həmkarlar ittifaqı üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının qorunması və vəzifələri haqqında ətraflı məlumat verdi.
İttifaq üzvlərini maraqlandıran sanatoriya və kurortlara yollayışların verilməsi, üzvlərə maddi yardımın göstərilməsi, əlilliyi olan işçilərin iş rejimi və onlara olunan güzəştlər, ödənişsiz məzuniyyətin verilməsi və sair məsələlərə aydınlıq gətirildi və verilən suallar cavablandırıldı.
Görüşün sonunda ittifaq üzvləri onlara göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirdilər.










