“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Qobustan rayonunda Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş "Əbədiyaşar Lider " mövzusunda tədbir keçirildi

12/12/2025, 19:06
xeber1

12 dekabr 2025 - ci il tarixdə Qobustan rayonunda "Konstitusiya və Suverenlik ili " çərçivəsində Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş "Əbədiyaşar Lider " mövzusunda tədbir keçirildi.


Anım tədbirində Rayon İcra Hakimiyyətinin başçısı, hüquq mühafizə orqanlarının rəhbərləri, YAP Qobustan rayon təşkilatının üzvləri, rayon ağsaqqalları, şəhid ailələri və qazilər, idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və ziyalılar iştirak edirdilər.


Öncə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, əziz xatirəsini ehtiramla yad etdilər, abidəsi önünə tər çiçək dəstələri qoydular.


Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu Öndərə həsr olunmuş eksponatlarla və xatirə şəkilləri ilə tanış oldular ,qısametrajlı filmə baxdılar.


Daha sonra mərkəzin akt zalında "Əbədiyaşar Lider" mövzusunda tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş Şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.


Tədbir yekunlaşdıqdan sonra Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Ulu Öndər Heydər Əliyevin Anım günü ilə əlaqədar ehsan süfrəsi verildi.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: