“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Qobustan rayonunda "Ümummilli Lider Heydər Əliyev və Azərbaycan təhsili" mövzusunda konfrans keçirildi

26/12/2025, 16:51
xeber1

26 dekabr 2025-ci il tarixdə Qobustan rayon ümumtəhsil məktəblərinin pedaqoji heyətinin iştirakı ilə  "Konstitutsiya və Suverenlik ili" çərçivəsində "Ümummilli Lider Heydər Əliyev və Azərbaycan təhsili" mövzusunda konfrans keçirildi.


Konfransda əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.


Konfransda Qobusan rayonu üzrə təhsil sektorunun müdiri Tahir Səbzaliyev məruzə ilə çıxış etdi.


Sonra tədbirdə Qobustan şəhər 3 nömrəli tam orta məktəbin müəllimi Məhərrəmova Sədaqət və Cəyirli kənd ümumi orta məktəbin direktoru Azadə Buğday çıxış etdilər.


Daha sonra YAP Qobustan rayon təşkilatının sədri Qasım Qasımov və Qobustan Rayon İcra Hakimiyyətinin başçısı cənab  Adil Məmmədov çıxış etdilər və konfrans iştirakçılarını maraqlandıran suallara cavab verildi.


Qobustan şəhər E.Vəliyev adına 2 nömrəli tam orta məktəbin şagirdi Səfərli Ələddin və Cəyirli kənd R.Hüseynov adına ümumi orta məktəbin şagirdi Arzu Ağayeva təhsildə qazandıqları nailiyyətlərə görə fəxri fərmanla təltif olundular.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: