Xəbərlər
Qobustan ryonunda 5 Mart-Bədən Tərbiyəsi və İdman Günü qeyd edildi
05/03/2026, 12:25

5 Mart-Bədən Tərbiyəsi və İdman Günü münasibətilə ümumi təhsil müəssisələrinin şagirdləri arasında keçirilən yarışlarda komandaları qalib olmuş fiziki tərbiyə müəllimləri təltif edildi.
Təltif zamanı Qobustan rayonu üzrə təhsil sektorunun müdiri Anar Osmanov və ETİHİ Qobustan Rayon Komitəsinin sədri Mahir Soltanov çıxış edərək idman tədbirlərində fəal iştirak edən müəllimlərə uğurlar arzuladılar .
Müəllimlər onlara göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirdilər.









