“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Qobustanda 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə tədbirlər keçirildi

24/04/2026, 14:38
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qobustan Rayon Komitəsinin təşkilatçılığı ilə Qobustan rayon ümumtəhsil müəssisələrində 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə “Sağlam psixososial iş mühitinin yaradılmasını təmin edək!” devizi altında tədbirlər keçirildi.


Tədbirlərdə çıxış edənlər sağlam psixososial iş mühitinin əsas xüsusiyyətlərindən danışaraq, sağlam psixososial iş mühitinin işçilərin psixi sağlamlığının qorunduğu, stressin minimuma endirildiyi, qarşılıqlı inam, hörmət və açıq ünsiyyətə əsaslanan mühit olduğunu qeyd etdilər.


Eyni zamanda çıxışlarda bildirildi ki, sağlam psixososial mühit yalnız işçilərin rifahını deyil, həm də müəssisənin uğurunun artmasına, ümumi iş məmnuniyyətinin yüksəlməsinə gətirib çıxarır.


Tədbirlərin sonunda itifaq üzvlərini maraqlandıran suallar cavablandırıldı.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: