“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Qobustanda 8 noyabr-Zəfər Günü qeyd olundu

06/11/2025, 15:54
xeber1

6 noyabr 2025-ci il tarixində Qobustan şəhər Elyar Vəliyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin və ETİHİ Qobustan Rayon Komitəsinin birgə təşkilatçılığı ilə "8 Noyabr-Zəfər Günü"nə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Qobustan rayonunda yaşayan şəhid ailə üzvləri, müharibə iştirakçıları və məktəbin kollektivi iştirak etdi.

ETİHİ Qobustan Rayon Komitəsinin sədri M. Soltanov çıxış edərək Müzəffər Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun çaldığı qələbədən danışaraq ETİHİ Respublika Komitəsinin sədri Araz Paşayevin təbriklərini təbdir iştirakçılarına çatdırdı.

Tədbirdə çıxış edən şəhid ailə üzvləri və müharibə iştirakçıları göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirdilər.

Tədbir məktəblilərin ifasında "Zəfər Günü" nə həsr olunmuş proqramla başa çatdı.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: