Xəbərlər
Qobustanda təhsil işçilərinə Novruz hədiyyəsi təqdim olundu
18/03/2026, 14:47

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən Novruz bayramı münasibətilə təhsil işçilərinin övladları üçün hazırlanmış hədiyyə qutuları onlara təqdim olundu.
Təhsil işçiləri qarşıdan gələn Ramazan və Novruz bayramları münasibətilə təbrik olunaraq onlara cansağlığı, bahar ətirli günlər arzu olundu.
Çıxış edənlər qeyd etdilər ki, bu təşəbbüs təhsil işçilərinə göstərilən qayğının bariz nümunəsidir.










