“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Qocaman pedaqoq Validə Nuriyevanın 80 illik yubileyi qeyd olunub

23/02/2026, 14:20
xeber1

Qocaman pedaqoq Validə Nuriyevanın 80 illik yubileyi qeyd olunub

ETİHİ Masallı Rayon Komitəsi öz fəaliyyətində təkcə hazırda çalışan ittifaq üzvlərinin deyil, eyni zamanda uzun illər təhsil sahəsində fədakar xidmət göstərmiş, bu gün təqaüddə olan qocaman təhsil işçilərinin də daim yanında olur, onlara xüsusi diqqət və qayğı göstərir. Bu diqqət və ehtiramın bariz nümunəsi olaraq, ETİHİ Masallı Rayon Komitəsi və Masallı rayonu üzrə təhsil sektorunun təşkilatçılığı ilə qocaman pedaqoq Validə Nuriyevanın 80 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib.

Uzun illər təhsil sahəsində səmərəli və fədakar fəaliyyəti ilə seçilən qocaman pedaqoq Validə Nuriyevanın 80 illik yubileyi münasibətilə təşkil olunan tədbirdə ETİHİ Masallı Rayon Komitəsinin sədri Rasim Nurullayev, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov, Lənkəran rayonu üzrə təhsil sektorunun müdiri Ağamməd Şəmmədov, Masallı rayonu üzrə təhsil sektorunun müdiri Elman Rzayev, həmçinin yubilyarın müəllim yoldaşları, şagirdləri və digər qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edənlər Validə Nuriyevanın zəngin pedaqoji fəaliyyəti, təhsilin inkişafına verdiyi töhfələr, müəllim və məktəb rəhbəri kimi qazandığı uğurlar barədə geniş söhbət açaraq, onun gənc nəslin formalaşmasında mühüm rolunu xüsusi vurğulayıblar.

ETİHİ Masallı Rayon Komitəsinin sədri Rasim Nurullayev yubilyarı əlamətdar yubiley münasibətilə səmimi-qəlbdən təbrik edərək, onun uzunmüddətli və səmərəli fəaliyyətini yüksək qiymətləndirib, Validə Nuriyevaya Fəxri Fərman təqdim edib və xatirə hədiyyəsi ilə mükafatlandırıb.

Yubilyar Validə Nuriyeva çıxışında ona göstərilən diqqət və ehtirama görə təşkilatçılara minnətdarlığını bildirərək, müəllimlik peşəsinin onun üçün sadəcə bir iş deyil, həyat amalına çevrildiyini qeyd edib.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: