Xəbərlər
Quba istiqamətində növbəti ekskursiya 2 nömrəli ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbinin kollektivi üçün təşkil edilib

ETİHİ Xəzər Rayon Komitəsinin təşkilatçılığı ilə ittifaq üzvlərinin asudə vaxtlarının səmərəli təşkili məqsədilə 2 nömrəli ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbinin kollektivi üçün Quba rayonuna ekskursiya təşkil olunub.
Səfər çərçivəsində iştirakçılar Aynur Forest və Quba Qala istirahət mərkəzlərində olub, həmçinin Qəçrəş meşəsində yerləşən Asma körpüyə səfər ediblər. Ekskursiya iştirakçılara Qubanın füsunkar təbiəti ilə yaxından tanış olmaq, asudə vaxtlarını səmərəli keçirmək və yaddaqalan təəssüratlar qazanmaq imkanı yaradıb.
Səfər iştirakçıları onlar üçün yaradılan bu imkana görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına və Azərbaycan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqına təşəkkürlərini bildirərək, bu cür sosial layihələrin əməkdaşların istirahətinin təşkili və kollektivlər arasında həmrəyliyin möhkəmləndirilməsi baxımından əhəmiyyətini yüksək qiymətləndirdiklərini qeyd ediblər.






