“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Quba Nazlı Bulaqda ETİHi Ağstafa RK

24/11/2025, 21:26
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağstafa Rayon Komitəsi olaraq bu gün Quba rayonunda yerləşən “Nazlı Bulaq” istirahət mərkəzinə səfər təşkil olunmuşdur. Səfər çərçivəsində təhsil işçilərinə yüksək səviyyədə istirahət və asudə vaxtın səmərəli təşkili üçün bütün şərait yaradılmış, iştirakçılar gün ərzində xoş və yaddaqalan anlar yaşamışlar.

Təhsil işçiləri göstərilən diqqət və qayğıya görə öz məmnunluqlarını ifadə etmiş, onlara bəxş olunan bu gözəl istirahətin dərin və xoş təəssürat yaratdığını bildirmişlər.

Bu münasibətlə iştirakçılar səmimi minnətdarlıqlarını bildirərək, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri cənab Sahib Məmmədova, eləcə də Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri cənab Araz Paşayevə göstərilən dəstəyə, diqqətə və qayğıya görə dərin təşəkkürlərini çatdırmışlar.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: