“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Quba Peşə Liseyinin həmkar üzvünün 65 illik yubileyi.

30/01/2026, 13:00
xeber1

65 yaş – insan həyatında müdriklik, zəngin həyat yolu və uzun illərin zəhmətinin layiqincə dəyərləndirildiyi əlamətdar bir mərhələdir. Bu münasibətlə ETİHİ Quba Rayon Komitəsinin kollektivi Quba Peşə Liseyinin hörmətli həmkar üzvü, pedaqoji fəaliyyəti ilə seçilən Dadaşbala Dadaşovun 65 illik yubiley tədbirində iştirak etmişdir. Uzun illər səmərəli və fədakar pedaqoji fəaliyyəti ilə gənc nəslin təlim-tərbiyəsində xüsusi xidmətləri olan Dadaşbala müəllim yubiley münasibətilə rayon komitəsi tərəfindən qiymətli hədiyyə və pul mükafatı ilə təltif olunmuşdur. Hörmətli Dadaşbala müəllimi 65 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür, ailə səadəti və gələcək pedaqoji fəaliyyətində yeni uğurlar arzulayırıq!

Sosial şəbəkələrdə paylaş: