“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Quba rayon Heydər Əliyev Mərkəzində “Birlik, Zəfər və Barışın Gücü: Qubadan Mediasiya Çağırışı” adlı əlamətdar tədbir keçirilib.

03/11/2025, 10:59
xeber1

Quba rayon Heydər Əliyev Mərkəzində “Birlik, Zəfər və Barışın Gücü: Qubadan Mediasiya Çağırışı” adlı əlamətdar tədbir keçirilib.

Quba 1 saylı Mediasiya təşkilatının təşkilatçılığı, Mediasiya Şurasının dəstəyi ilə baş tutan tədbirdə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, şəhidlərin xatirəsi ehtiramla yad edilib.

Tədbirdə çıxış edənlər xalqımızın birliyi sayəsində əldə edilən Zəfər Gününün tarixi və mənəvi dəyərindən, bu zəfərin ölkədə sülh və ictimai sabitliyin möhkəmlənməsində oynadığı roldan danışıblar. Mediasiyanın cəmiyyətdə ədalət, dialoq və barışa xidmət edən müasir institut kimi əhəmiyyətinə diqqət çəkilib.

Toplantıda Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsinin sədri Elnur Hacıyev “Mediasiya təşkilatları və Həmkarlar İttifaqları arasında əməkdaşlıq” mövzusunda çıxış edib.

Bu çağırışın Qubadan başlayaraq ölkə üzrə birlik və həmrəyliyə töhfə verməsi xüsusi ruh yüksəkliyi ilə qarşılandı.

#BirlikZəfərBarış

#QubadanÇağırış

#Mediasiya

#ZəfərGünü

#ElmVəTəhsilİşçiləriHəmkarlarİttifaqı

#DialoqVəƏdalət

#MilliBirlik

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: