Xəbərlər
Quba rayonuna tur-gəzinti

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Sabunçu Rayon Komitəsinin təşkilatçılığı ilə 31 oktyabr – 1 noyabr 2026-cı il tarixlərində "Sabunçu rayon məktəb direktorları bir arada"başlığı altında Sabunçu rayon məktəb direktorlarının asudə vaxtının səmərəli keçirilməsi məqsədilə Quba rayonundakı “Nazlı bulaq” istirahət mərkəzinə tur təşkil olunub.
Tədbirdə 45 nəfər məktəb direktoru iştirak edib. Səfər çərçivəsində iştirakçılar “Quba soyqırım” Memorial kompleksini ziyarət edib, həmçinin bölgənin füsunkar təbiəti ilə tanış olublar.
Turun sonunda iştirakçılar göstərilən diqqət və qayğıya görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) rəhbərliyinə, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə və Sabunçu Rayon Komitəsinə minnətdarlıqlarını bildiriblər.






