“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Quba rayonunda şəhid Mehrab Niftəliyevin əziz xatirəsi anılıb.

07/11/2025, 20:46
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Quba rayon komitəsi, bir qrup həmkar üzvləri ilə birgə Qam Qam kəndində Şəhid Mehrab Niftəliyevin adını əbədiləşdirən kompleksi ziyarət ediblər. Ziyarət zamanı Şəhid Mehrab Niftəliyevin valideynləri, həmkar üzvləri Xalidə Niftəliyeva və Söhrab Niftəliyev şəhidlərimizin keçdiyi qəhrəmanlıq yolu, onların Vətən uğrunda göstərdiyi igidlikləri bir daha xatırlayaraq, şəhidlərimizin əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını vurğuladılar. Tədbirdə iştirak edən ilk təşkila sədrləri, məktəb rəhbərləri Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığına uyğun olaraq Quba şəhərindəki Texniki təmayüllü liseyə də şəhid M.Niftəliyevin adının verildiyini qeyd etdilər. Şəhidlərimiz xatirəsi daim qəlbimizdə yaşayacaqdır.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: