Xəbərlər
Quba şəhərinə gəzinti təşkil olunmuşdur
16/06/2026, 11:21

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qubadlı Rayon Komitəsi Qubadlı rayon Bərxudar Əsgərov adına Xələc kənd tam orta məktəbinin kollektivinin asudə vaxtının səmərəli keçirilməsini təşkil etmişdir. Onlar ölkəmizin səfalı guşəsi olan Quba şəhərinə səfər etmiş, gözəl təbiətin qoynunda istirahət etmiş və xatirə şəkilləri çəkdirmişlər. Kollektiv yaradılan şərait və dəstəyə görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə təşəkkürlərini bildiriblər.







