Xəbərlər
Quba-Xaçmaz regionunda ilk təşkilat sədləri ilə görüş keçirildi.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Apaşyevin Quba-Xaçmaz regionu üzrə növbəti görüş Quba rayonunun Alekseyevka kənd tam orta ümumtəhsil məktəbində keçirilib. Tədbirdə Quba, Xaçmaz, Şabran, Qusar və Siyəzən rayon komitələrinin nəzdində fəaliyyət göstərən 390 nəfər ilk təşkilat sədrləri iştirak edib. Quba-Xaçmaz regionun ümumtəhsil məktəblərinin ilk təşkilat sədləri ilə birgə keçirilən görüş faydalı, istiqamətverici və innovativ oldu. Görüşdə ETİHİ Respublika Komitəsinin sədri Araz Paşayev üzv təşkilatlarla ünsiyyətin gücləndirilməsi, əmək münasibətlərinin təkmilləşdirilməsi və maarifləndirici fəaliyyətlərin genişləndirilməsi istiqamətində əsas prioritetləri diqqətə çatdırıb. Ümumi müzakirələrdə təhsil işçilərinin hüquqları, ilk təşkilatların təşkilati inkişafı üzrə məlumatlar təqdim olunub, iştirakçılarla fikir mübadiləsi aparılıb və çox maraq doğuran suallar cavablandırılıb.










