“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Qubada təhsil işçilərinə ekskursiya təşkil olundu

28/10/2025, 15:32
xeber1

2025-ci il avqustun 2-də ETİHİ Şabran Rayon Komitəsinin təşkilatçılığı ilə, Quba-Xaçmaz Regional Təhsil İdarəsi Şabran rayonu üzrə Təhsil Sektorunun bir qrup ittifaq üzvü üçün ekskursiya təşkil olunub.


Ekskursiyanın keçirildiyi məkan olaraq Quba şəhərinin gözəl Macəra İstirahət Mərkəzi seçilib.


Ekskursiya zamanı, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Şabran rayon üzrə aparıcı mühasibi Elmira Nüsrət qızının 65 illik yubileyi qeyd edilib. Elmira xanımın uzun illər ərzində təhsilin sahəsindəki zəhməti, həmkarları tərəfindən yüksək qiymətləndirilmişdir.


Bu münasibətlə, Elmira Dəmirova, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şabran Rayon Komitəsi tərəfindən fəxri-fərmanla təltif olunub. Əlavə olaraq, ona qiymətli hədiyyələr təqdim edilib. Təhsil işçiləri Elmira Dəmirovaya göstərilən bu diqqət və hörmətdən məmnunluqlarını ifadə ediblər.


Təhsil işçiləri, belə bir möhtəşəm tədbirin təşkilində göstərdiyi dəstəyə və yaradılan şəraitə görə ETİHİ Respublika Komitəsinin rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: