Xəbərlər
Qubada Ulu öndər Heydər Əliyevin 102 illik yubileyi münasibətilə festival keçirildi

7 may 2025-ci il tarixdə Quba şəhərində Quba Rayon İcra Hakimiyyəti, Quba-Xaçmaz Regional Təhsil İdarəsi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Quba rayon komitəsinin dəstəyi və Quba rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 102 illiyi ilə əlaqədar "Mən fəxr edirəm ki, azərbaycanlıyam" adlı II folklor, rəqs və yaradıcılıq festivalı keçirilmişdir.
Festivalda respublikamızın bir çox uşaq-gənclər inkişaf mərkəzlərinin rəqs kollektivləri öz rəqs nömrələri ilə çıxış etmiş və müxtəlif əl işləri nümayiş olunmuşdur. Ulu öndər Heydər Əliyevin anadan olmasının 102 illiyiə həsr olunmuş festivala türkdilli ölkələrdən- Türkiyə, Qazaxıstan və Qırğızıstandan da nümayəndələr iştirak etmişdir. Dəvət olunan nümayəndələr tərəfindən müxtəlif musiqi janrlarında ifalar təqdim edilmişdir. Tədbir ərəfəsində rəhbər şəxslər, festival iştirakçıları və xarici qonaqlar birgə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunmuşdur.











