Xəbərlər
QUBADA XOŞ VƏ UNUDULMAZ BİR GÜN

ETİHİ Yasamal Rayon Komitəsinin təşkilatçılığı ilə 225 nömrəli tam orta məktəbin ittifaq üzvləri üçün Quba şəhərinə bir günlük istirahət səfəri təşkil olunub.
Səfər iştirakçılarına Azərbaycanın ən gözəl bölgələrindən biri olan Qubanın təbiətini yaxından görmək, mənzərəli məkanlarında xoş vaxt keçirmək və gündəlik iş fəaliyyətindən kənarlaşaraq dincəlmək imkanı yaradıb.
Təbiətin qoynunda keçirilən bu səmimi görüş kollektiv üzvləri arasında ünsiyyətin möhkəmlənməsinə, birlik və həmrəylik ruhunun daha da güclənməsinə töhfə verib. Səfər boyunca xoş təəssüratlar qazanan ittifaq üzvləri asudə vaxtlarını maraqlı və yaddaqalan şəkildə dəyərləndiriblər.
İttifaq üzvləri onlara göstərilən diqqət və qayğıya, eləcə də səfərin və tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı rəhbərliyinə səmimi minnətdarlıqlarını bildirib, dərin təşəkkürlərini ifadə ediblər.




