“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Qubada “Zəfər kuboku” uğrunda Breyn Rinq yarışı!

07/11/2025, 20:42
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Quba Rayon Komitəsinin təşkilatçılığı ilə Konstitusiya və Suverenlik İli, həmçinin Vətən müharibəsində Qələbəmizin 5 illiyinə həsr olunmuş “Zəfər kuboku” adlı Breyn Rinq intellektual oyunu keçirilib. Yarışda Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdür müavini Pərvin Ağasiyev iştirak etmişdir. Yarış Quba rayonu Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta məktəbində baş tutub. 8 komanda, 48 təhsil işçisi bilik və zəka mübarizəsində qüvvəsini sınayıb!Gərgin və maraqlı mübarizənin yekununda Quba rayonu İkinci Nügədi kənd Oktay Məmmədov adına 1 nömrəli tam orta məktəbin “İnviktus” komandası birinci yerə layiq görülüb. Müxtəlif məktəblərin müəllimlərindən ibarət “Qüdsi” komandası ikinci, Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta məktəbinin “Alekseyevka Team” komandası isə üçüncü yerin sahibi olub. Qalib və mükafatçılar Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Quba Rayon Komitəsi tərəfindən qiymətli hədiyyələr və təşəkkürnamələrlə təltif olunublar. Göstərdiyi dəstəyə görə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin rəhbərliyinə təşəkkürümüzü bildiririk.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: