“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

QUBADAN XOŞ TƏƏSSÜRATLARLA

30/06/2026, 14:50
xeber1

ETİHİ Yasamal Rayon Komitəsinin təşkilatçılığı ilə 308 saylı tam orta məktəbin ittifaq üzvləri üçün Quba rayonuna bir günlük səfər təşkil olunub.

Səfər zamanı ittifaq üzvləri Azərbaycanın ən gözəl bölgələrindən biri olan Quba rayonunun zəngin təbiəti, füsunkar mənzərələri və tarixi məkanları ilə yaxından tanış olublar. Dağlarla əhatə olunan ecazkar təbiət, saf hava və yaşıllıqlarla zəngin guşələr iştirakçılarda xoş ovqat yaradaraq unudulmaz təəssüratlar bəxş edib.

Təşkil olunan səfər ittifaq üzvlərinin asudə vaxtlarının səmərəli təşkilinə, gündəlik iş fəaliyyətindən uzaqlaşaraq mənalı istirahət etmələrinə və həmkarları ilə daha səmimi ünsiyyət qurmalarına şərait yaradıb. Səfər ərzində keçirilən səmimi söhbətlər, bölüşülən xoş anlar və çəkilən xatirə şəkilləri kollektiv üzvləri arasında birlik və həmrəyliyin daha da möhkəmlənməsinə töhfə verib.

Qubanın özünəməxsus təbiəti, qonaqpərvərliyi və zəngin turizm potensialı ittifaq üzvlərində dərin təəssürat yaradıb. Rayonun gözəllikləri ilə yaxından tanış olmaq iştirakçılar üçün həm maraqlı, həm də yaddaqalan təcrübəyə çevrilib.

Səfərin sonunda ittifaq üzvləri onlar üçün yaradılan bu gözəl imkana, göstərilən diqqət və qayğıya, eləcə də səfərin yüksək səviyyədə təşkilinə görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı rəhbərliyinə səmimi minnətdarlıqlarını bildirib, bu cür tədbirlərin kollektiv daxilində həmrəyliyin güclənməsinə mühüm töhfə verdiyini vurğulayıblar.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: