“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

QUBADLI GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİRDƏ İŞTİRAK ETDİK

25/10/2026, 13:39
xeber1

Qubadlı Rayon İcra Hakimiyyətində Qubadlı Gününə həsr olunmuş tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qubadlı rayon Komitəsi olaraq iştirak etdik.

Tədbirdə doğma Qubadlımızın zəngin tarixi, keçdiyi şərəfli yol, xalqımızın əzmi və iradəsi, ərazi bütövlüyümüzün bərpası uğrunda göstərilən qəhrəmanlıq və bu gün doğma torpaqlarımızda aparılan quruculuq işləri qürur hissi ilə yad edildi.

Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsinə sadiqlik, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Zəfər, rəşadətli Ordumuzun qəhrəmanlığı və şəhidlərimizin müqəddəs xatirəsi hər birimizin qəlbində dərin ehtiram doğurur.

Elm və təhsil işçiləri olaraq doğma Qubadlının tarixinin, milli-mənəvi dəyərlərinin gələcək nəsillərə çatdırılmasını, yurd sevgisinin yaşadılmasını özümüz üçün mühüm vəzifə hesab edirik.

Şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, qazilərimizə minnətdarlığımızı bildiririk.

Qubadlı bizim doğma yurdumuz, qürur mənbəyimiz və gələcəyə inamımızdır!


Gallery Image

Sosial şəbəkələrdə paylaş: