Xəbərlər
Qubadlı rayon Kərəm Mirzəyev adına Xanlıq kənd 1 nömrəli tam orta məktəbində İlk Həmkarlar ittifaqı təşkilatında yeni sədr seçkisi keçirildi

30.09.2025-ci il tarixində Qubadlı rayon Kərəm Mirzəyev adına Xanlıq kənd 1 nömrəli tam orta məktəbində həmkarlar ittifaqı təşkilatında yeni sədr seçkisi keçirildi. İclasda ETİHİ Qubadlı Rayon Komitəsinin sədri Möhlət Orucov, Qubadlı Rayon Təhsil Sektorunun aparıcı məsləhətçisi Zakir Qasımov, məktəbin direktoru Akifə Abdullayeva və məktəb kollektivi iştirak etmişdir. İclasda çıxış edən ETİHİ Qubadlı Rayon Komitəsinin sədri Möhlət Orucov Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) fəaliyyəti, məqsəd və vəzifələri barədə iştirakçılara ətraflı məlumat vermişdir. Tədbir iştirakçılarına ETİHİ tərəfindən son bir il ərzində ittifaq üzvləri üçün görülmüş işlər, yaradılmış imkanlar və həyata keçirilən tədbirlər barədə geniş məlumat təqdim olunmuşdur.
Seçki prosesi demokratik prinsiplər əsasında, müəssisələrdə çalışan ittifaq üzvləri arasından könüllü şəkildə irəli sürülən namizədlərin iştirakı ilə keçirilmiş və səsvermə nəticəsində məktəbin ibtidai sinif müəllimi Verdiyeva Xəyalə Məmməd qızı səs çoxluğu qazanaraq yeni sədr seçilmişdir.
Yeni seçilmiş ilk həmkarlar ittifaqı sədrini təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!






