“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Qubadlı Rayon Təhsil Sektorunda ETİHİ Qubadlı Rayon Komitəsinin sədri Möhlət Orucovun doğum günü çalışdığı kollektiv tərəfindən qeyd edilib.

15/10/2025, 10:26
xeber1

Qubadlı Rayon Təhsil Sektorunda ETİHİ Qubadlı Rayon Komitəsinin sədri Möhlət Orucovun doğum günü qeyd olundu. Tədbirdə Qubadlı Rayon Təhsil Sektorunun müdiri Müşfiq Hüseynov, aparıcı məsləhətçi Zakir Qasımov və Təhsil Sektorunun işçiləri iştirak edirdi. Çıxış edənlər Möhlət Orucovun əmək fəaliyyətindən, keçdiyi şərəfli ömür yolundan, əldə etdiyi çoxsaylı nailiyyətlərdən danışıblar. Qeyd olunub ki, bu sevimli insan əsil vətənpərvər, milli-mənəvi dəyərləri özündə cəmləyib, ətrafdakılara bəxş etməyi ustalıqla bacaran ağsaqqal, xeyirxah bir ziyalıdır.

Kollektivin işçi heyəti, tədbirə dəvətlilər Möhlət müəllimə uzun ömür, can sağlığı arzulayıb.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: