Xəbərlər
Qubalıbalaoğlan kənd məktəbində Həmkarlar İttifaqının yeni sədri seçilib.

Hacıqabul rayon Rahim Abdullayev adına Qubalıbalaoğlan kənd tam orta ümumtəhsil məktəbində Həmkarlar İttifaqı təşkilatının ümumi iclası keçirildi.
İclasda ETİHİ Hacıqabul Rayon Komitəsinin sədri iştirak etdi. İclasda ilk öncə anım günü ilə əlaqədar olaraq Şəhidlərimizin xatirəsi bir dəqiqə sükutla yad edildi,daha sonra sədr çıxışı zamanı müəllimləri yeni dərs ili münasibətilə təbrik edərək, onlara uğurlar arzuladı. Həmçinin Həmkarlar İttifaqının fəaliyyəti və qarşıda duran vəzifələr barədə məlumat verdi.
İclas zamanı namizədlər arasından İsmayılova Fərqanə Nurəddin qızı səsvermə yolu ilə Rahim Abdullayev adına Qubalıbalaoğlan kənd tam orta ümumtəhsil məktəbinin ilk Həmkarlar İttifaqı təşkilatının sədri seçildi.
ETİHİ Hacıqabul Rayon Komitəsi olaraq yeni seçilmiş sədr İsmayılova Fərqanə Nurəddin qızını səmimi-qəlbdən təbrik edir, ona gələcək həmkarlar ittifaqı fəaliyyətində uğurlar, yeni nailiyyətlər və məsuliyyətli işində müvəffəqiyyətlər arzulayırıq.
Məktəbə yeni təyin olunmuş müəllimlər də Həmkarlar İttifaqının fəaliyyətinə qoşulmaq arzularını ifadə edərək ərizə ilə müraciət etdilər və təşkilatın sıralarına üzv qəbul olundular. Yeni üzv olan müəllimləri də səmimi-qəlbdən təbrik edir, onlara uğurlar, yeni nailiyyətlər və gələcək işlərində müvəffəqiyyətlər arzulayırıq.







