“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Quliyeva Rəsmiyyənin çalışmanın son yaş həddinə çatması münasibətilə yubiley tədbiri keçirildi

29/09/2026, 23:00
xeber1

Bu gün ETİHİ İsmayıllı Rayon Komitəsinin üzv təşkilatı E. Məmmədov adına İsmayıllı şəhər 3 saylı məktəb liseyin texniki işçisi Quliyeva Rəsmiyyənin çalışmanın son yaş həddinə çatması münasibətilə yubiley tədbiri keçirildi. Tədbirdə ETİHİ Rayon Komitəsinin sədri Hafiz Kərimov və kollektiv üzvləri iştirak etdilər. Ömrünün 40 ilindən şoxunu məktəbdə təhsilin inkişafına, sinif otaqlarının təmizliyinə, məktəbin sanitar gigiyenik qaydalarının qorunub saxlanılmasına həsr etmiş Rəsmiyyə Quliyeva haqqında iş yoldaşları və qonaqlar xoş xatirələrini bölüşdülər. Öz səmimiyyəti, zəhmətkeşliyi və qayğıkeşliyilə kollektivin və şagirdlərin hörmətini qazanmış Rəsmiyyə Quliyeva uzun müddət təhsil sahəsində səmərəli fəailiyyətinə və yubiley yaşınını tamam olması münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin fəxri fərmanı və qiymətli hədiyyəsi ilə mükafatkandırıldı.

 Rayonun təhsil ictimaiyyəti adından Rəsmiyyə Quliyevanı yubiley yaşının tamam olması münasibətiıə təbrik edir, sağlam ömür və xoş istirahət arzulayırıq.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: