“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Qurban bayramı-birlik və bərəkət bayramı

22/05/2026, 16:52
xeber1

Müqəddəs Qurban bayramı münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göyçay Rayon Komitəsi tərəfindən bir qrup xidmətedici işçilər və təsərrüfat işçiləri ilə görüş keçirilmişdir.


Tədbirdə çıxış edən ETİHİ Göyçay Rayon Komitəsinin sədri Kəmalə Səmədova həmkarları müqəddəs bayram münasibətilə təbrik edərək qeyd etmişdir ki, təhsil işçilərinin sosial rifahının yaxşılaşdırılması, onların problemlərinin diqqətdə saxlanılması və əməyinə dəyər verilməsi həmkarlar ittifaqının daim əsas prioritetlərindən biridir.


Çıxış zamanı vurğulanmışdır ki, Qurban bayramı birlik, paylaşma və həmrəylik bayramıdır. Bu dəyərlərin yaşadılması məqsədilə həyata keçirilən sosial dəstək tədbirləri gələcək dövrlərdə də davam etdiriləcək, digər bayram və əlamətdar günlər münasibətilə də təhsil müəssisələrində çalışan əməkdaşlarla görüşlər keçiriləcəkdir.


Bildirilib ki, ETİHİ Göyçay Rayon Komitəsi tərəfindən həyata keçirilən bu təşəbbüslər davamlı xarakter daşıyır və mərhələli şəkildə bütün xidmətedici işçiləri əhatə edəcəkdir. Hər bir həmkarın yanında olmaq, onların sevincinə və qayğılarına ortaq olmaq həmkarlar ittifaqının əsas fəaliyyət istiqamətlərindən biri olaraq bundan sonra da diqqətdə saxlanılacaqdır.


Tədbirin sonunda həmkarlara ərzaq kartları təqdim olunmuş, iştirakçılar göstərilən diqqət və qayğıya görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqına və ETİHİ Göyçay Rayon Komitəsinə səmimi təşəkkürlərini bildirmişlər.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: