Xəbərlər
Qurban bayramı mərhəmətin, paylaşmağın və xeyirxahlığın rəmzidir.
27/05/2026, 11:38

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Kəlbəcər Rayon Komitəsi tərəfindən Qurban bayramı münasibətilə bir qrup şəhid ailəsi və aztəminatlı ailələr ziyarət olunub. Bu dəyərli insanlara bayram təbriklərimiz çatdırılıb, onların qayğı və ehtiyaclarını dinlənilib, onlara bayram sovqatı olaraq qurban əti paylanılıb. Qurban bayramı paylaşmaq, xatırlamaq və bir olmaq bayramıdır. Uca Allah kəsilən qurbanları və edilən duaları qəbul etsin.
Qurban bayramınız mübarək olsun!




