Xəbərlər
Qurban Bayramı münasibətilə əməkdaşlara bayram sovqatları təqdim olunub

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bioresurslar İnstitutu, Aqrar Problemləri İnstitutu, Ekologiya və Təbii Ehtiyatlar İnstitutu və Nəbatət Bağı (Gəncə) Həmkarlar Təşkilatıları tərəfindən Qurban Bayramı münasibətilə əməkdaşlara bayram sovqatları təqdim edilib.
Bayram münasibətilə təşkil olunan sosial aksiya çərçivəsində müəssisələrdə çalışan əməkdaşlara müxtəlif ərzaq məhsullarından ibarət sovqat payları çatdırılıb. Tədbirin əsas məqsədinin əməkdaşlara diqqət və qayğının göstərilməsi, bayram sevincinin kollektiv üzvləri ilə bölüşülməsi olduğu bildirilib.
Qeyd olunub ki, Həmkarlar Təşkilatı tərəfindən əməkdaşların sosial rifahının yaxşılaşdırılması, onların mənəvi dəstəklə əhatə olunması daim diqqət mərkəzində saxlanılır. Əlamətdar günlər və milli-mənəvi dəyərlərimizlə bağlı bayramlar münasibətilə keçirilən bu cür təşəbbüslər kollektivdə həmrəylik və birlik mühitinin daha da möhkəmlənməsinə xidmət edir.
Əməkdaşlar onlara göstərilən diqqət və qayğıya görə təşkilat rəhbərlərinə və Həmkarlar Təşkilatına təşəkkürlərini bildirərək, bu ənənənin davamlı olmasını yüksək qiymətləndiriblər.










