Xəbərlər
Qurban bayramı münasibətilə ucqar kənd məktəblərində aztəminatlı ittifaq üzvləri ilə görüş keçirilib

Qurban bayramı münasibətilə ETİHİ Neftçala rayon komitəsi tərəfindən ucqar kənd məktəblərində aztəminatlı ittifaq üzvləri ilə görüş keçirilib.
Görüş çərçivəsində aztəminatlı ittifaq üzvlərinə diqqət və qayğının göstəricisi olaraq hər birinə mükafat təqdim edilib. Bildirilib ki, belə görüşlər üzvlərlə əlaqələrin daha da möhkəmlənməsinə və onların problemlərinin daha yaxından öyrənilməsinə xidmət edir.
Görüş zamanı üzvlərin sosial vəziyyəti və mövcud problemləri ilə yaxından maraqlanılıb, onların qayğı və ehtiyacları diqqətlə dinlənilib. Səmimi mühitdə keçən görüşdə həmkarlar ittifaqının əsas məqsədlərindən birinin üzvlərə dəstək olmaq, onların sosial rifahının yaxşılaşdırılmasına töhfə vermək olduğu vurğulanıb.
Göstərilən diqqət və qayğıya görə iştirakçılar komitə rəhbərliyinə təşəkkürlərini bildirərək, bu cür təşəbbüslərin davamlı olmasının əhəmiyyətini qeyd ediblər.








