“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Qurbanova Elmiranın çalışmanın son yaş həddinə çatması münasibətilə 65 yaş yubiley tədbiri keçirilmişdir.

06/03/2026, 12:28
xeber1

Bu gün ETİHİ İsmayıllı Rayon Komitəsinin üzv təşkilatı İsmayıllı şəhər 5 nomrəli tam orta ümumtəhsil məktəbində fiziki tərbiyə müəllimi Qurbanova Elmiranın çalışmanın son yaş həddinə çatması münasibətilə 65 yaş yubiley tədbiri keçirilmişdir. Tədbirdə ETİHİ ismayıllı Rayon Komitəsinin sədri Hafiz kərimov və kollektiv üzvləri iştirak etdilər. Çıxış edən natiqlər Elmira Qurbanovanın 65 illik həyatının 40 ilindən çoxunu gənc nəslin təlim tərbiyəsinə həsr etdiyini, işlədiyi müddətdə işinə vicdanla yanaşdığını, şagird və müəllim kollektivinin dərin hörmətini qazandığını bildirdilər və yubilyara xoş istirahət arzuladılar. Yubilyar  

ETİHİ İsmayıllı rayon komitəsinin fəxri fərmanı və qiymətli hədiyyəsi ilə mükafatlandırıldı .

Bütün təhsil ictimaiyyəti adından Elmira Qurbanovanı yubiley yaşının tamam olması münasibətilə ürəkdən təbrik edir, ona möhkəm sağlamlıq və xoş istirahət arzulayırıq.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: