Xəbərlər
Qurtuluşun mübarək Azərbaycan

1993-cü il 15 İyun tarixi Azərbaycan xalqının taleyində mühüm dönüş nöqtəsi kimi yadda qalmışdır. Həmin gün ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi ölkəmizin siyasi həyatında yeni mərhələnin əsasını qoymuş, dövlətçiliyimizin qorunması və möhkəmləndirilməsi istiqamətində həlledici rol oynamışdır.
Müstəqilliyinin ilk illərində Azərbaycan ağır siyasi böhran, iqtisadi tənəzzül və vətəndaş qarşıdurması təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir mürəkkəb dövrdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev öz zəngin dövlətçilik təcrübəsi, uzaqgörən siyasəti və qətiyyətli addımları ilə ölkəni parçalanmaq təhlükəsindən xilas etdi. Onun rəhbərliyi ilə Azərbaycanda ictimai-siyasi sabitlik bərpa olundu, dövlət quruculuğu prosesinə başlanıldı, hüquqi-demokratik dövlətin təməli qoyuldu.
Milli Qurtuluş Günü xalqımızın birlik, həmrəylik və dövlətçilik ənənələrinin təntənəsi olmaqla yanaşı, Azərbaycanın müasir inkişaf yolunun başlanğıcı kimi də xüsusi əhəmiyyət daşıyır. Bu gün Azərbaycan Respublikasının əldə etdiyi uğurların, beynəlxalq nüfuzunun və davamlı inkişafının əsasında məhz ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs dayanır.
ETİHİ Ağstafa Rayon Komitəsi olaraq Milli Qurtuluş Günü münasibətilə ümummilli lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad etdik, onun abidəsini ziyarət edərək önünə gül dəstələri qoyduq. Ulu öndərin Azərbaycan dövlətçiliyi naminə göstərdiyi misilsiz xidmətlər hər zaman minnətdarlıqla xatırlanır və gələcək nəsillər üçün örnək olaraq qalır.
Milli Qurtuluş Günümüz mübarək olsun!




