Xəbərlər
QÜRUR DOLU ANLARIMIZ ÇOX OLSUN
06/11/2026, 13:51

Ağcabədi şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbinin ibtidai sinif müəllimi, məktəbin Həmkarlar Təşkilatının fəal sədri Hacıyeva Nuridə müəllimin rəhbərlik etdiyi II sinif şagirdləri 8 Noyabr – Zəfər Gününü böyük sevgi və ehtiramla qeyd ediblər.
Sevgi, zəhmət və böyük həvəslə hazırlanan tədbir şagirdlərin yaddaşında unudulmaz xatirələrə çevrilməklə yanaşı, onların qəlbində bayraq sevgisini, torpağa bağlılığı və Vətən məhəbbətini daha da gücləndirib.
Balaca fidanların dilindən səslənən Vətən sevgisi, nümayiş etdirdikləri qürur və sevinc bir daha göstərir ki, Zəfər tariximiz gələcək nəsillərin yaddaşında daim yaşayacaq.
Qoy üçrəngli bayrağımız Vətənimizin hər guşəsində əbədi dalğalansın!










