“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

QÜRUR DOLU LAÇIN SƏFƏRİ

30/06/2026, 13:02
xeber1

ETİHİ Yasamal Rayon Komitəsinin təşkilatçılığı ilə 52 saylı tam orta məktəbin ittifaq üzvləri üçün Laçın rayonuna bir günlük səfər təşkil olunub.

Səfər çərçivəsində ittifaq üzvləri Azərbaycanın azadlığı uğrunda böyük qəhrəmanlıq salnaməsi yazmış Laçın rayonunun füsunkar təbiəti, möhtəşəm dağ mənzərələri və sürətlə yenidən qurulan yaşayış məntəqələri ilə yaxından tanış olublar. Doğma yurdumuzun bu gözəl guşəsində aparılan genişmiqyaslı bərpa və quruculuq işləri ittifaq üzvlərində qürur və sevinc hissi yaradıb.

Laçının əsrarəngiz təbiəti, saf dağ havası və zəngin mənəvi dəyərləri ittifaq üzvlərində unudulmaz təəssüratlar oyadıb. Onlar rayonun görməli məkanlarını ziyarət edərək doğma torpaqlarımızın gözəlliklərini yaxından izləmək imkanı əldə ediblər.

Təşkil olunan səfər ittifaq üzvlərinin asudə vaxtlarının səmərəli təşkilinə, həmkarlar arasında qarşılıqlı ünsiyyətin genişlənməsinə və kollektiv daxilində birlik və həmrəyliyin daha da möhkəmlənməsinə əlverişli şərait yaradıb. Səfər boyunca yaşanan xoş anlar, səmimi söhbətlər və çəkilən xatirə şəkilləri bu günü yadda qalan xatirələrə çevirib.

Laçında həyata keçirilən yenidənqurma işləri, doğma torpaqlarımızın gündən-günə inkişaf etməsi və bölgəyə qayıdan həyat iştirakçılarda böyük qürur hissi yaradıb. Rayonun müasir siması və aparılan quruculuq işləri dövlətimizin gücünü, xalqımızın birliyini və gələcəyə inamını bir daha nümayiş etdirib.

Səfərin sonunda ittifaq üzvləri onlar üçün yaradılan bu gözəl imkana, göstərilən diqqət və qayğıya, eləcə də səfərin yüksək səviyyədə təşkilinə görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı rəhbərliyinə səmimi minnətdarlıqlarını bildirib, bu cür tədbirlərin kollektiv daxilində həmrəyliyin güclənməsinə mühüm töhfə verdiyini vurğulayıblar.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: