“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

“Qürur və Zəfər günü ” mövzusunda tədbir keçirilib. ‎

05/11/2025, 23:50
xeber1

5 noyabr 2025-ci il tarixində Şəki-Zaqatala Regional Təhsil İdarəsi Qəbələ rayon təhsil sektorunun, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qəbələ Rayon Komitəsinin, Şirvan Bulqədirov adına 5 nömrəli tam orta ümumtəhsil məktəbinin təşkilatçılığı ilə “Qürur və Zəfər günü ” mövzusunda tədbir keçirilib.

 

‎Tədbirdə Qəbələ Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ətayə Osmanova, Qəbələ Təhsil Sektorunun müdiri Arifə Bayramova, Həmkarlar İttifaqının Qəbələ Rayon Komitəsinin sədri Camal Qurbanov, şəhid ailə üzvləri, qazilər və müharibə veteranları təhsil işçiləri iştirak ediblər.

 

Şirvan Bulqədirov adına 5 nömrəli tam orta ümumtəhsil məktəbində təşkil olunan tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin, şəhidlərin və dünyasını dəyişmiş təhsil işçilərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

‎

Çıxışlarda şanlı Qələbənin Prezident-Ordu-Xalq birliyinin, milli həmrəyliyin və dövlətçiliyə sarsılmaz inamın nəticəsi olduğu qeyd olunub.

 

Daha sonra çıxış edən şəhid ailə üzvləri onlara göstərilən diqqət və qayğıdan danışıblar, həmçinin Vətən müharibəsində qazanılan möhtəşəm qələbənin tariximizin ən parlaq səhifəsi və eyni zamanda Azərbaycan xalqının iftixar və qürur mənbəyi olduğunu vurğulayıblar.

 

‎Tədbir şagirdlərin ifasında ədəbi-bədii kompozisiyalarla davam edib.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: