Xəbərlər
QUSARDA ASUDƏ VAXT

ETİHİ Yasamal Rayon Komitəsinin təşkilatçılığı ilə 53 №li ümumtəhsil məktəbin ittifaq üzvləri üçün Qusar rayonuna bir günlük tur səfəri təşkil olunub.
Səfər zamanı ittifaq üzvləri Qusarın zəngin təbiəti, dağlıq mənzərələri və gözəl istirahət guşələri ilə yaxından tanış olublar. Rayonun təmiz havası, yaşıllıqları və əsrarəngiz təbiəti ittifaq üzvlərinə xoş ovqat və yeni təəssüratlar bəxş edib.
Səfər kollektiv üzvlərinin gündəlik iş mühitindən uzaqlaşaraq asudə vaxtlarını səmərəli keçirmələrinə, həmkarları ilə birlikdə xoş anlar yaşamasına və səmimi ünsiyyət qurmasına şərait yaradıb. Birgə keçirilən vaxt, maraqlı söhbətlər və çəkilən xatirə şəkilləri səfəri daha da yaddaqalan edib.
Qusarın gözəllikləri ilə tanışlıq ittifaq üzvlərində xoş təəssüratlar yaradıb. Təşkil olunan gəzinti kollektiv üzvləri arasında həmrəyliyin və qarşılıqlı münasibətlərin daha da möhkəmlənməsinə töhfə verib.
Səfərin sonunda ittifaq üzvləri onlar üçün yaradılan bu gözəl imkana, göstərilən diqqət və qayğıya görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı rəhbərliyinə səmimi minnətdarlıqlarını bildirib, bu cür tədbirlərin kollektiv daxilində həmrəyliyin güclənməsinə mühüm töhfə verdiyini vurğulayıblar.




