Xəbərlər
QUSARIN FÜSUNKAR TƏBİƏTİNƏ SƏFƏR

ETİHİ Yasamal Rayon Komitəsinin təşkilatçılığı ilə 53 saylı tam orta məktəbin ittifaq üzvləri üçün Qusar rayonuna bir günlük səfər təşkil olunub.
Azərbaycanın şimal bölgəsinin ən füsunkar guşələrindən biri olan Qusar rayonu öz möhtəşəm dağ mənzərələri, saf havası və zəngin təbiəti ilə ittifaq üzvlərində xoş təəssüratlar yaradıb. Səfər çərçivəsində ittifaq üzvləri rayonun görməli yerlərini ziyarət edib, bölgənin təbii gözəlliklərini yaxından seyr etmək imkanı əldə ediblər.
Təşkil olunan səfər ittifaq üzvlərinin asudə vaxtlarının səmərəli təşkilinə, gündəlik iş fəaliyyətindən uzaqlaşaraq mənalı istirahət etmələrinə və həmkarları ilə səmimi ünsiyyət qurmalarına əlverişli şərait yaradıb. Dağların qoynunda keçirilən bu səfər kollektiv üzvlərinə xoş anlar bəxş etməklə yanaşı, birlik və həmrəylik münasibətlərinin daha da möhkəmlənməsinə töhfə verib.
Qusarın füsunkar təbiəti, təmiz havası və özünəməxsus gözəllikləri ittifaq üzvlərinin yaddaşında silinməz iz buraxıb. Səfər ərzində çəkilən xatirə şəkilləri və xoş söhbətlər bu günü daha da yaddaqalan edib.
İttifaq üzvləri onlar üçün yaradılmış bu gözəl imkana, göstərilən diqqət və qayğıya, eləcə də səfərin yüksək səviyyədə təşkilinə görə ,Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı rəhbərliyinə səmimi minnətdarlıqlarını bildirib, bu cür təşəbbüslərin kollektiv üzvlərinin asudə vaxtlarının səmərəli təşkilinə, qarşılıqlı münasibətlərin möhkəmlənməsinə və kollektiv ruhunun güclənməsinə mühüm töhfə verdiyini vurğulayıblar.





