Xəbərlər
Quşencə kənd tam orta ümumtəhsil məktəbin kollektiv üzvlərinin qədim Şəki şəhərinə ekskursiyası təşkil olunmuşdur.
05/07/2026, 10:18

ETİHİ İsmayıllı Rayon Komitəsinin üzv təşkilatı Quşencə kənd tam orta ümumtəhsil məktəbin kollektiv üzvlərinin qədim Şəki şəhərinə ekskursiyası təşkil olunmuşdur. Həmkarlar ittifaqı Rayon Komitəsinin dəstəyilə baş tutan gəzintidə ittifaq üzvləri qədim Şəkinin tarixi abidələrini ziyarət ediblər. Təhsil işçiləri " Şəki yaylası " İstirahət məkanında gözəl bir gün keçirərək səmərəli istirahət keçirdiblər. Kollektiv üzvləri asudə vaxtını və istirahətini səmərəli keçirilməsində göstərilən dəstəyə görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə öz minnətdarlıqlarını bildiriblər.






