Xəbərlər
Ramazan ayı münasibətilə ATİAHİ-nin ittifaq üzvləri üçün iftar süfrələri təşkil olunub
17/03/2025, 18:13

ATİAHİ-nin şəhər, rayon və rayon hüquqlu komitələrinin təşkilatçılığı ilə Ramazan ayında ittifaq üzvləri üçün iftar süfrələri təşkil edilib.
Müqəddəs Ramazan ayı münasibətilə keçirilən bu xeyirxah tədbirlərdə 3000-dən çox ittifaq üzvü iştirak edib. İftar süfrələri zamanı ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi yad olunub, Qurani-Kərimdən ayələr oxunaraq dualar edilib.
Allah bu mübarək ayda edilən ibadətləri və tutulan orucları qəbul etsin!








