Xəbərlər
Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil olunmuşdur

14 mart 2026-cı il tarixində Qəbələ rayonu üzrə təhsil sektoru və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qəbələ Rayon Komitəsinin birgə təşkilatçılığı ilə müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil olunmuşdur. Tədbirdə təhsil sahəsində çalışan şəhid ailə üzvləri, müharibə veteranları və digər həmkarlar ittifaqı üzvləri iştirak etmişlər.
Tədbirdə çıxış edənlər xalqımızın milli-mənəvi dəyərlərinin qorunub saxlanılması və yaşadılmasında belə tədbirlərin əhəmiyyətini vurğulamış, bu ənənələrin təməlində Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik siyasətinin dayandığını qeyd etmişlər. Bildirilmişdir ki, bu gün Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə milli birlik, həmrəylik və sosial qayğı siyasəti uğurla davam etdirilir.
Tədbirin keçirilməsində əsas məqsəd ittifaq üzvləri arasında həmrəyliyin və birliyin daha da möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin təbliği, eləcə də qarşılıqlı ünsiyyət və əməkdaşlığın inkişaf etdirilməsi olmuşdur.
Tədbir iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin rəhbərliyinə minnətdarlıqlarını ifadə etmişlər.








