“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Ramazan ayı münasibətilə şəhid ailələri üçün iftar süfrəsi təşkil olunmuşdur.

28/02/2026, 21:28
xeber1

Ağstafa Rayon İcra Hakimiyyəti Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı ETİHİ Ağstafa Rayon Komitəsi nin birgə təşkilatçılığı ilə Ramazan ayı münasibətilə şəhid ailələri üçün iftar süfrəsi təşkil olunmuşdur.

İftar süfrəsində şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak etmiş, görüş səmimi və mehriban şəraitdə keçmişdir. Tədbir iştirakçıları tərəfindən bu təşəbbüs böyük məmnunluqla qarşılanmış, hər bir şəhid ailəsinin və hər bir üzvün bizim üçün əziz və dəyərli olduğu xüsusi vurğulanmışdır. Görüş zamanı qeyd olunmuşdur ki, Prezidenti İlham Əliyev Müzəffər Ali Baş Komandan ölkəmizin ərazi bütövlüyünün bərpasında göstərdiyi qətiyyətli rəhbərliklə yanaşı, şəhid ailələrinə xüsusi diqqət və qayğı ilə seçilir.Onun rəhbərliyi ilə şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, maddi təminatının artırılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Şəhid ailələri dövlətimizin daim diqqət mərkəzində saxlanılır, onların problemlərinin həlli üçün konkret addımlar atılır.

Bu diqqət və qayğı şəhidlərimizin əziz xatirəsinə göstərilən böyük ehtiramın, onların ailələrinə isə sonsuz hörmətin bariz nümunəsidir. Eyni zamanda Rayon Icra Hakimiyyətinin başçısı Seymur Orucova , Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Pashayev ə göstərilən diqqət və qayğıya görə təşəkkür və minnətdarlıq ifadə olunmuşdur.




Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: